...

Azərbaycan XİN vizaların sadələşdirilməsi ilə bağlı müvafiq işlərə başlayacaq

Siyasət Materials 4 Dekabr 2012 16:23 (UTC +04:00)
Elektron vizaların sadələşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin noyabrın 30-da imzaladığı sərəncamı həyata keçirmək üçün Xarici İşlər Nazirliyi yaxin günlərdə müvafiq işlərə başlayacaq.
Azərbaycan XİN vizaların sadələşdirilməsi ilə bağlı müvafiq işlərə başlayacaq

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir M.Əliyev/

Elektron vizaların sadələşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin noyabrın 30-da imzaladığı sərəncamı həyata keçirmək üçün Xarici İşlər Nazirliyi yaxin günlərdə müvafiq işlərə başlayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi brifinqdə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Abdullayev bildirib ki, bununla bağlı elektron vizaların verilməsi üçün ərizə forması hazırlanacaq. Bundan başqa, konsulluq üzrə məsul əməkdaşlar üçün treninqlər təşkil ediləcək. Vaxt məhdudiyyəti nəzərə alınaraq treninqlər onlayn həyata keçiriləcək.

Onun sözlərinə görə, XİN-in müvafiq idarələrinə və ölkəmizin xaricdəki nümayəndəliklərinə elektron vizaların sadələşdirilməsi ilə bağlı müvafiq təlimatlar verilib.

Bu tədbirlər çərçivəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almasının asanlaşdırılması təmin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti