...

Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpasına maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 7 Dekabr 2012 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpasına maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, universitetin binasının əsaslı təmiri və bərpası üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Texniki Universitetinə ilkin olaraq 3,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti