...

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı durumu müzakirə olunub

Siyasət Materials 21 Dekabr 2012 16:09 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı durumu müzakirə olunub

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib.

Trend XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı durumu, müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları və regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edib və münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti