...

Azərbaycanlı deputat: Qloballaşma iqtisadi həyatda beynəlmiləlçiliyin yeni mərhələsidir

Siyasət Materials 23 Yanvar 2013 10:59
Qloballaşma iqtisadi həyatda beynəlmiləlçiliyin yeni mərhələsidir.
Azərbaycanlı deputat: Qloballaşma iqtisadi həyatda beynəlmiləlçiliyin yeni mərhələsidir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir M.Əliyev/

Qloballaşma iqtisadi həyatda beynəlmiləlçiliyin yeni mərhələsidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında təqdim etdiyi məruzədə bildirib.

Onun sözlərinə görə, qlobal və milli iqtisadiyyat onların siyasi-iqtisadi tərkibi kimi XX əsrin sonlarında intensiv inteqrasiya cərəyanları ilə xarakterizə olunur.

"Bu fenomenin vacib xüsusiyyəti odur ki, müxtəlif beynəlxalq tənzimləyici müəssisələrin yeni tənzimləyiciləri - Beynəlxalq Maliyyə Fondu (İMF), Dünya Bankı (WB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Ticarət təşkilatı (WTO) və başqaları beynəlxalq arenada digər dövlətlərlə birlikdə getdikcə inkişaf edərək və davamlı olaraq mühüm rol oynamaqdadır. Bu təşkilatların fəaliyyəti Mərkəzi və Şərqi Avropa ölkələrinin inkişafını Avropanın siyasi və iqtisadi həyatına özlərinin sonrakı inteqrasiyası ilə yüksəltməyi nəzərdə tutub", - Fətəliyeva deyib.

Çıxışını Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti üzərində quran deputat qeyd edib ki, bu bankın yaranması özəl sektorun inkişafını, infrastrukturu, Mərkəzi və Şərqi Avropa ölkələrində bazar islahatlarının struktur dəyişikliklərinin həyata keçirilməsini yüksəldir və bu, Avropaya inteqrasiyanın inkişafı prosesində ən mühüm hadisələrdən biri olub.

"AYİB hər ölkənin əməliyyatı üçün hərtərəfli strategiyalar hazırlayır və özünün maliyyə alətlərini, təlimlərini hər ölkənin və hər layihənin bacarıqlarına, ehtiyaclarına uyğunlaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşməsi üçün tələbin səviyyəsi və xüsusiyyəti keçid prosesinin mərhələsindən, o ölkənin və onun özəl investorlara füsunkarlığından asılıdır", - Fətəliyeva deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti