...

Davos Dünya İqtisadi Forumu Bakıda keçiriləcək

Siyasət Materials 23 Yanvar 2013 22:14 (UTC +04:00)
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur.
Davos Dünya İqtisadi Forumu Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Bu əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olduğu bildirildi. Bu Forumun, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət

təsir göstərdiyi xüsusi qeyd olundu.

Ümumi razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə olacağı vurğulandı.

Klaus Şvab ümidvar olduğunu bildirdi ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti