Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend-in Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Kotromanoviç səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə hər iki ölkənin səfirləri də iştirak ediblər.