...

Portuqaliyada sərt iqtisadi tədbirlərə qarşı nümayişlər keçirilib

Siyasət Materials 17 Fevral 2013 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Portuqaliyada sərt iqtisadi tədbirlərə qarşı nümayişlər keçirilib. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Lissabon şəhərində keçirilən nümayişlərdə bir neçə min insan iştirak edib.

Məlumatda bildirilir ki, insanlar sosial təminat, səhiyyə və təhsil sahələrinə ayrılan vəsaitin azaldılması hesabına büdcənin balanlaşdırılmasına hesablanmış tədbirlərə etirazlarını bildiriblər. Nümayişlərdə pensiyaların maliyyələşdirilməsinin azaldılması ilə təqaüdlərinin həcmində azalmalar müşahidə edilən və bir sıra dərmanların alınmasından məhrum edilən yaşlı təqaüdçülər aktiv olublar.

Xarici KİV-lər, həmçinin, yazır ki, ölkə paytaxtındakı mitinq sakit keçib, polis tərəfindən saxlanılan və yaralanan olmayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında Beynəlxalq Valyuta Fondunun dərc etdiyi məruzədə bildirilirdi ki, Portuqaliya iqtisadi böhranın nəticələrini aradan qaldırmaq üçün 20 faiz dövlət qulluqçusunu işdən azad etməli, təqaüdləri isə 10 faiz, həmçinin, təhsil və səhiyyə sektoruna ayrılan vəsaiti azaltmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti