...

Kerri Misir hakimiyyətinə və müxalifətinə konsensusa gəlmək üçün müraciət edəcək

Siyasət Materials 2 Mart 2013 19:34 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Misirə rəsmi səfərə gedib. Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, aparılacaq müzakirələrdə Misirə Beynəlxalq Valyuta Fondundan kreditin verilməsi əsas mövzu olacaq.
Kerri Misir hakimiyyətinə və müxalifətinə konsensusa gəlmək üçün müraciət edəcək

Azərbaycan, Bakı, 2 mart /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri Misirə rəsmi səfərə gedib. Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, aparılacaq müzakirələrdə Misirə Beynəlxalq Valyuta Fondundan kreditin verilməsi əsas mövzu olacaq.

Bununla yanaşı, Kerri Misir hakimiyyətinə və müxalifətinə konsensusa gəlmək üçün müraciət də edəcək.

Aparılacaq danışıqların əsas mövzularından birini də Suriyadakı vəziyyət və onun nizamlanması təşkil edir.

Məlumatda deyilir ki, apreldə keçiriləcək seçkilərin müxalifət tərəfindən boykot edilməməsi üçün Vaşinqtonun etdiyi müraciət Misir müxalifətinin ürəyincə olmayıb və bu səbəbdən də bir çoxları etiraz əlaməti olaraq, Kerri ilə görüşə gəlməyib.

Xatırladaq ki, Misir prezidenti Məhəmməd Mursi müxalifətlə dialoqa başlamağa cəhd göstərsə də, aparıcı müxalifət partiyası olan Milli Xilas Cəbhəsi danışıqlara getməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti