Azərbaycan, Bakı, 3 mart /Trend/
İsrailin baş naziri Binyamin Netanyahu hökumətin formalaşdırılması üçün daha iki həftə vaxt alıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, Netanyahu bir aylıq müddətdə parlamentdə lazımi dəstəyi ala bilmədiyindən hökuməti formalaşdıra bilməyib.
"Mənim hökuməti formalaşdıra bilməməyimin əsas səbəbi bir partiyanın digərini boykot etməsidir. İsrail cəmiyyətinə qarşı boykotlar da var ki, onlar da mənim baxışlarımla uzlaşmır" - deyə Netanyahu bildirib.
Qanuna görə, əgər Netanyahu martın 16-na qədər 120 deputatın 61-nin dəstəyini ala bilməsə, baş nazir olmaq imkanı başqa bir deputata keçəcək. Əgər o da bacarmasa, o zaman, növbədən kənar seçkilərə gediləcək.