...

Seymur Orucov: Dövlət başçısı İlham Əliyevin Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin etməsi ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir

Siyasət Materials 5 Mart 2013 12:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin bu addımı ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Trend-in məlumatına görə,bunu “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin iİdarə heyətinin sədri Seymur Orucov dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı sərəncamına münasibət bildirərkən deyib.
Seymur Orucov: Dövlət başçısı İlham Əliyevin Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin etməsi ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti İlham Əliyevin bu addımı ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Trend-in məlumatına görə, bunu "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı sərəncamına münasibət bildirərkən deyib.

Sərəncamı gənclərə göstərilən etimadın nümunəsi kimi qiymətləndirən sədr bildirib ki, Azərbaycan özünün gənclər siyasəti ilə dünya ölkələri arasında xüsusi fərqlənir.

"Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri seçilib. Sərəncamda bir sıra dövlət orqanlarından və gənclər təşkilatlarından olan nümayəndələrin adları qeyd edilib. İlk olaraq qeyd edim ki, dövlət başçısının bu addımı gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz təşkilatımız adından cənab Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk", - Orucov deyib.

O qeyd edib ki, Azərbaycan gənclərə göstərdiyi qayğıya, gənclər üçün həyata keçirilən tədbirlərə, ümumiyyətlə gənclər siyasətinə görə dünya ölkələri arasında seçilir. Ölkəmizdə gənclərlə bağlı qanunvericilik bazasının günü-gündən təkmilləşdiyi göz qabağındadır.

"Bu ölkənin vətəndaşı və gənci olmaq bizim hər birimiz üçün qürur mənbəyi olmalıdır. Çünki biz gəncliyin inkişaf zirvəsində olduğu, gənclərə xüsusi diqqət və qayğı göstərilən, gənclərin bütün problemlərinin həll olunması üçün müxtəlif təşkilatlarını səfərbər etmiş bir ölkənin vətəndaşlarıyıq. İstər xaricdə təhsil alan, istərsə də ölkəmizdə yaşayan gənclərin maddi və mənəvi problemlərinin həlli istiqamətində bir sıra ictimai birliklər fəaliyyət göstərir", - Orucov vurğulayıb.

O qeyd edib ki, bu gün biz bir sıra sahələrdə həmin fəaliyyətin, gənclərə ayrılan diqqətin bəhrəsini və uğurlu nəticələrini görürük. Orucovun sözlərinə görə, Gənclər Fondunun təşkil edilməsi ölkəmizdə gənclərlə bağlı bir sıra sahələrdə önəmli rol oynayacaq.

"Belə ki, gənclərlə bağlı Qeyri Hökumət Təşkilatlarının fəaliyyətlərinin artırılması, yeni layihələrin həyata keçirilməsində fondun müstəsna rolu olacaq. Biz də Müşahidə Şurasının üzvləri olaraq gənclərlə bağlı həyata keçiriləcək bütün layihələrdə onlara yaxından dəstək olacaq, onların uğurları üçün əlimizdən gələni edəcəyik. Biz çalışacağıq ki, bütün dünya ölkələri və beynəlxalq aləmdə olan gənclər təşkilatları bizim fəaliyyətimizi nümunə götürsünlər. Bütün bunlarla yanaşı, bir daha Cənab Prezidentə bizlərə göstərdiyi etimad üçün minnətdarlığımızı bildirir və bu etimadı ən yüksək səviyyədə doğruldacağımıza söz veririk", - Orucov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti