...

Almaniyadakı Azərbaycan diasporu 31 mart soyqırımı ilə əlaqədar bəyanat qəbul edib

Siyasət Materials 19 Mart 2013 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 mart soyqırımı ilə əlaqədar Almaniya Bundestaqının spikeri Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhərlərində törətdiyi qırğınlar, kütləvi və amansız qətllər, 700 mindən çox insanın öldürülməsi haqqında məlumat verilir, ermənilərin azərbaycanlılara qarşı bir əsrdir həyata keçirdiyi soyqırım və deportasiya siyasəti pislənilir.

Bəyanatda deyilir ki, 31 mart soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunur və Almaniya dövləti, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləməli, insanlığa qarşı törədilən bu qatı cinayət soyqırım aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini almalı və cinayətkarlar cəzasız qalmamalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti