...

Riqada Türkiyə-Latviya biznes forumu açılır

Siyasət Materials 2 Aprel 2013 12:36 (UTC +04:00)
В Риге открывается турецко-латвийский бизнес-форум.
Riqada Türkiyə-Latviya biznes forumu açılır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Tağıyeva/

Riqada Türkiyə-Latviya biznes forumu açılır. Bu barədə Trend çərşənbə axşamı "Zaman" qəzetinə istinadən məlumat verir.

Forumda iştirak etmək üçün Türkiyə prezidenti Abdullah Gül bu gün Riqaya rəsmi səfərə yola düşüb.

Forumda ölkələr arasında iqtisadi əməkdaşlıq, əmtəə dövriyyəsi və qarşılıqlı investisiyaların artırılması məsələləri müzakirə ediləcək.

Gülü səfər zamanı Avropa İttifaqı işləri naziri Egemen Bağış və bəzi iri türk sahibklarları müşayiət edəcəklər.

Gülün Latviyanın dövlət başçısı Andris Berzinş və ölkənin digər rəsmi şəxslərilə görüşlər keçirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti