...

Bakıda Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 24 Aprel 2013 11:08 (UTC +04:00)
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olmuşdur.
Bakıda Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.

Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti