...

Rusiya döyüş gəmiləri Aralıq dənizində

Siyasət Materials 15 May 2013 23:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Rusiya donanmasına aid 3 döyüş, bir nəqliyyat və bir xilasetmə gəmisi Süveyş kanalından Aralıq dənizinə daxil olub. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Süveyş Kanal İdarəsinin məlumatına görə, Qırmızı dənizdən gələn "Panteleyev", "Fotiy" ve "Peresvet" adlı döyüş gəmiləri ilə "Peçenqa" xilasetmə gəmisi və "Nevelski" nəqliyyat gəmisi Misir ordusunun ciddi nəzarəti altında Süveyş kanalından keçərək Aaralıq dənizinə daxil olub.

Rusiya Hərbi Dəniz Qüvvələrinin komandiari admiral Viktor Çirkov daha əvvəlki açıqlamasında Aralıq dənizində mövcud döyüş gəmilərini nüvə sualtı qayıqları ilə gücləndirə biləcəklərini söyləmişdi.

RF Müdafiə Nazirliyi də ötən ay Rusiyanın Aralıq dənizindəki maraqlarını qorumaq məqsədilə Böyük Okean Donanmasından bəzi döyüş gəmilərinin bölgəyə göndəriləcəyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti