Azərbaycan, Bakı, 24 may /Trend/
ABŞ ilyarımdan sonra Əfqanıstanda terrorçulara qarşı zərbələr zamanı pilotsuz uçuş aparatlarından istifadəni azaldacaq. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama bəyan edib.
Obama qeyd edib: "Biz ümumilikdə "əl-Qaidə"yə, həmçinin Əfqanıstandakı koalisiya qüvvələrinə hücumları dəstəkləməyə hazırlaşan güclərə zərbələr endirməkdə davam edəcəyik".
Prezident bildirib ki, 2014-cü ilin sonuna "əl-Qaidə" ilə mübarizədə əldə etdiyimiz tərəqqi pilotsuz təyyarələrə ehtiyacı azaldacaq: "Əfqanıstandan kənarda yalnız "əl-Qaidə"yə və onunla əlaqəli güclərə hücum edirik. Hətta bu vəziyyətdə də pilotsuz təyyarələrin istifadəsi xeyli məhdudlaşdırılıb".