...

Taksim Gezi parkı ilə bağlı baş verən hadisələr zamanı 730 nəfər saxlanılıb, 173 nəfər xəsarət alıb

Siyasət Materials 2 İyun 2013 22:33 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər Taksim Gezi parkı ilə əlaqədar baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin 115 əməkdaşının yaralandığını, 58 vətəndaşa da xəstəxanalarda tibbi yardım göstərildiyini söyləyib.
Taksim Gezi parkı ilə bağlı baş verən hadisələr zamanı 730 nəfər saxlanılıb, 173 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər Taksim Gezi parkı ilə əlaqədar baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin 115 əməkdaşının yaralandığını, 58 vətəndaşa da xəstəxanalarda tibbi yardım göstərildiyini söyləyib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Gülər mayın 28-dən bu günə qədər 730 nəfərin saxlanıldığını bildirib: "Saxlanılanların əksəriyyəti ifadələri alınaraq sərbəst buraxılıb".

Məlum hadisələr zamanı vətəndaşlardan və təhlükəsizlik qüvvələri əməkdaşlarından yaralananların olduğunu deyən nazir qeyd edib: "Təhlükəsizlik qüvvələrinə məxsus 115 əməkdaş arasında yüngül və ağır xəsarət alanlar var. Hazırda 58 vətəndaşımıza xəstəxanalarda tibbi yardım göstərilir".

Etirazların bu gün də başda Ankara və İstanbul olmaqla 6 rayonda davam etdiyini bildirən Gülər Taksimdəki aksiyada təqribən 20 min nəfərin iştirak etdiyini deyib.

Nazir əlavə edib ki, mayın 28-dən bu günə qədər 89 polis avtomobili, 42 şəxsi avtomobil zərər görüb. Aksiyalar zamanı təxminən 20 milyon lirə ziyan vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti