Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir R.Hafizoğlu/
Heç bir ölkənin Türkiyənin işlərinə qarışmaq haqqı yoxdur. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir.
Qeyd olunur ki, XİN Avropa İttifaqının Türkiyəyə münasibətdə qərarını tanımır.
XİN bildirir ki, Türkiyədə nümayişçilərin hüquqlarının məhdudlaşdırılmasına dair qərar reallığı əks etdirmir: "Heç bir ölkənin Türkiyəyə demokratiya öyrətmək haqqı yoxdur".
Qeyd edək ki, daha əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Aİ-nin Türkiyəyə münasibətdə istənilən qərarı əsassızdır: "Türkiyə Aİ üzvü olmadığından Avropa İttifaqının ölkənin işinə qarışmaq haqqı yoxdur".