Ramiz Mehdiyev: Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var

Ramiz Mehdiyev: Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var. Trend-in məlumatına görə, bunu Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirib: "Onun həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni keçərək bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir".

R.Mehdiyev deyib ki, Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşib, torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. Bu çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə ilk sıralarda nail olmağı bacardı: "Bu o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf edib və dünya ictimaiyyəti qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uzun bir yol qət edərək uğurla yerinə yetirib. Hazırda Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, "yuxarı orta gəlirli" ölkələr qrupunda, BMT İnkişaf Proqramının hesabatında isə "yüksək insan inkişafı" ölkələri qrupunda qərarlaşıb. Azərbaycan dövləti bir tərəfdən MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurdu, digər tərəfdən isə əldə olunan nəticələri əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəltməklə insan inkişafı indeksini MDB məkanı üçün ən yüksək səviyyələrə çatdırdı".

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.

R.Mehdiyev bildirib ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bildi. 2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcək: "Bu o demək deyil ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcək. Əksinə, Azərbaycan inkişafının yeni əsaslarını təyin edib, biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək".

R.Mehdiyevin sözlərinə görə, Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanması ilə bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə görə davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu modelin unikallığı ondadır ki, balanslı və əhatəli şəkildə sosial-iqtisadi və mədəni inkişafı təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsi olaraq, Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir: "2012-ci ildə cənab Prezidentin təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaq".

Administrasiya rəhbəri əlavə edib ki, son 10 il ərzində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun səviyyəsi azaldılıb. Eyni zamanda, sahibkarların fəaliyyət mühiti onların təşəbbüskarlığını artırıb, yeni iqtisadi münasibətləri formalaşdırıb və geniş iqtisadi və sosial infrastruktur layihələri həyata keçirilib. Əldə edilən ciddi uğurlar Azərbaycanı son illərdə dünya ölkələrini bürüyən iqtisadi böhranın neqativ nəticələrindən qoruyub, onun yüksək göstəricilərə nail olmasını şərtləndirib.

R.Mehdiyevin sözlərinə görə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası inkişafın iqtisadi aspektləri ilə məhdudlaşmır, özündə səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın gücləndirilməsini, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir: "Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin də açıq şəkildə Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələrə qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli və davamlı inkişaf yolunun tapılmasına verdiyi töhfədir. Biz regional və qlobal məsuliyyətimizi başa düşərək BMT-nin bu təşəbbüsündə də fəal iştirak etmək əzmindəyik. BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milli və regional səviyyədən qlobal miqyaslara çıxıb.

R.Mehdiyev bildirib ki, ölkəmiz Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələrinin, həmçinin Əfqanıstan və İraqın inkişafına öz töhfəsini verməkdədir. 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, daha sonra isə Davamlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti təkcə donor statusunda deyil, həm də xaricdə yatırdığı sərmayə və digər iştirak formalarından istifadə etməklə BMT-nin missiyasına böyük töhfələr vermək əzmindədir: "Lakin təəssüf ki, Azərbaycan dövlətinin qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır. Dünyanın ən əhatəli və nüfuzlu bir qurumu olan BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra olunmur. İki gün əvvəl Minsk qrupu həmsədr ölkələrinin başçıları - Vladimir Putin, Barak Obama və Fransua Ollandın yaydıqları bəyanat Azərbaycan və Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş yeniləşmiş Madrid prinsiplərindən demək olar ki, kənara çıxmır. Lakin Ermənistan bunu qəbul etmir. Onun bugünkü siyasəti regionda vəziyyəti gərginləşdirir və bütün yollarla yaranmış status-kvonu saxlamağa calışır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan dövləti öz haqq yolundan geri çəkilməyəcək".

Zamanın Ermənistanın xeyrinə işləmədiyini deyən R.Mehdiyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, xüsusilə, Cənubi Qafqaz regionunda Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına daha geniş üfüqlər açar və humanitar böhran girdabında çabalayan Ermənistanın da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait yaradardı: "Güclü iqtisadi təməl olmadan diasporun maliyyə yardımları hesabına yaşayan dövlət hər hansı perspektivdən söhbət aça bilməz. Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var. Əksinə, indiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü sürətləndirir və onu Davamlı İnkişaf Məqsədləri üçün təhlükə mənbəyi olaraq saxlayır".

Administrasiya rəhbəri qeyd edib ki, BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın davamlı inkişafı naminə işğalçıların Azərbaycan torpaqlarından çıxarılması, sülh və təhlükəsizliyin təmin olunması üçün həlledici sözünü deməlidir: "Bir daha əminliyimi ifadə etmək istəyirəm ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla göstərdiyi nümunəvi siyasətini 2015-ci ildən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına verəcəyi töhfə ilə davam etdirəcək".

“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Bütün xəbərlər