...

Misir hökumətinin dörd naziri istefa verdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 İyul 2013 17:16 (UTC +04:00)
Bu gün Misir hökumətinin dörd naziri ölkə müxalifətinə həmrəylik və dəstək əlaməti olaraq istefa verib.
Misir hökumətinin dörd naziri istefa verdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Tağıyeva/

Bu gün Misir hökumətinin dörd naziri ölkə müxalifətinə həmrəylik və dəstək əlaməti olaraq istefa verib. Bu barədə Trend bazar ertəsi "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

İstefa verənlər turizm naziri Hişam Zauzuu, ətraf mühit naziri Xalid Fəhmi, parlament şurası naziri Hakim Bocato və rabitə naziri Atif Hilmidir.

Qeyd edək ki, Misirdə ölkə başçısı Məhəmməd Mursinin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti