...

Misirin xarici işlər naziri də istefa verir

Siyasət Materials 2 İyul 2013 07:42 (UTC +04:00)
Misirin xarici işlər naziri Məhəmməd Kamil Əli Əmr istefa verir və öz qərarını dəyişməyəcək.
Misirin xarici işlər naziri də istefa verir

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Misirin xarici işlər naziri Məhəmməd Kamil Əli Əmr istefa verir və öz qərarını dəyişməyəcək. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Məsraui" internet-nəşri xəbər yayıb.

Məlumata görə, XİN rəhbəri öz ərizəsini bazar ertəsi təqdim edib. Nazir 30 iyun nümayişlərinin ardınca vəziyyətin kəskinləşməsindən sonra öz postunu təqdim edib.

Qeyd edək ki, iyulun 1-də Misir hökumətinin dörd naziri ölkə müxalifətinə həmrəylik və dəstək əlaməti olaraq istefa verib. İstefa verənlər turizm naziri Hişam Zauzuu, ətraf mühit naziri Xalid Fəhmi, parlament şurası naziri Hakim Bocato və rabitə naziri Atif Hilmidir.

Misirdə ölkə başçısı Məhəmməd Mursinin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti