...

Əhmədinejad: İranda yeni AES-in tikintisi üzrə ilkin danışıqlar baş tutub

Siyasət Materials 2 İyul 2013 18:14 (UTC +04:00)
İranda yeni AES-in tikintisi üzrə ilkin danışıqlar baş tutub, layihənin həyata keçirilməsi üçün Rusiya Prezidenti Valdimir Putinin müvafiq göstərişi lazımdır.
Əhmədinejad: İranda yeni AES-in tikintisi üzrə ilkin danışıqlar baş tutub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 iyul /Trend/

İranda yeni AES-in tikintisi üzrə ilkin danışıqlar baş tutub, layihənin həyata keçirilməsi üçün Rusiya Prezidenti Valdimir Putinin müvafiq göstərişi lazımdır. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Mahmud Əhmədinejad Kremldə Putin ilə danışıqlar zamanı deyib.

Əhmədinejad qeyd edib ki, atom enerjisi sahəsində əməkdaşlığı genişləndirmək və yeni elektrik stansiyasını tikmək mümkündür.

İran dövlət başçısının sözlərinə görə, Buşəhrdə AES-in tikintisi başa çatıb: "Hazırda stansiya elektrik enerjisi istehsal edir".

O, Rusiya və İran arasında neft-qaz sahəsində də əməkdaşlıq üzrə yaxşı qarşılıqlı anlayışın olduğunu bildirib: "Neft-qaz sahəsində mövcud olan qarşılıqlı anlayışı əməli surətdə həyata keçirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti