...

Misirin müvəqqəti başçısı "Müsəlman Qardaşlar"ı ölkənin gələcəyini müəyyənləşdirməyə dəvət edib

Siyasət Materials 4 İyul 2013 16:45 (UTC +04:00)
Misirin müvəqqəti başçısı Ədli Mənsur "Müsəlman Qardaşlar" İslam hərəkatını ölkənin gələcəyinin müəyyənləşdirilməsində iştirak etməyə dəvət edib.
Misirin müvəqqəti başçısı "Müsəlman Qardaşlar"ı ölkənin gələcəyini müəyyənləşdirməyə dəvət edib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir R.Hafizoğlu/

Misirin müvəqqəti başçısı Ədli Mənsur "Müsəlman Qardaşlar" İslam hərəkatını ölkənin gələcəyinin müəyyənləşdirilməsində iştirak etməyə dəvət edib. Bu barədə Trend Misirin dövlət telekanalına istinadən məlumat verir.

Mənsurun sözlərinə görə, təşkilat Misir cəmiyyətinin bir hissəsidir və ölkənin gələcəyinin qurulmasında iştirak etməlidir.

Mənsur cümə axşamı Misir Konstitusiya Məhkəməsinin yeni sədri və dövlət başçısı vəzifəsinin müvəqqəti icraçısı qismində and içib.

Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt vermişdi. Bu müddətin bitməsindən sonra Misir hərbçiləri Prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdıraraq Müdafiə Naziriliyinin binasına aparıblar.

Misir mətbuatının verdiyi məlumata əsasən, Mursi ev dustaqlığında saxlanılacaq.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, bu gün Misirdə Prezident Mursinin tərəfdarlarının həbsi davam edib. Hazırda Mursinin 100-dən artıq tərəfdarı həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti