...

İnsan hüquqlarının müdafiəsində qanunun aliliyi ATƏT ölkələrinin Vyanadakı konfransında müzakirə ediləcək

Siyasət Materials 10 İyul 2013 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir S.Əhmədova/

İnsan hüquqlarının müdafiəsi və təşviqində qanunun aliliyi 57 ATƏT ölkəsindən olan nümayəndələrin iştirakı ilə Vyanada keçiriləcək iki günlük konfransda müzakirə ediləcək. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında deyilir.

Konfrans Ukraynanın ATƏT sədrliyi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən birgə təşkil edilib.

Konfrans iştirakçıları təşkilata üzv ölkələrin üzləşdiyi problemləri müəyyənləşdirəcək, sözügedən problemlərin ATƏT-in öhdəliklərinə uyğun olaraq, insan hüquqlarının müdafiəsini tam təmin etməklə səmərəli həlli istiqamətində müzakirələr aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti