...

Misirdə "Müsəlman Qardaşlar"ın liderlərinin həbsinə fərman verildi

Siyasət Materials 10 İyul 2013 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/

Misir Baş Prokurorluğu "Müsəlman Qardaşlar" hərəkatının liderlərinin həbs olunması ilə bağlı fərman verib. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Saxlanılanlar arasında "Müsəlman Qardaşlar"ın lideri Məhəmməd Badiya və hərəkatın siyasi bürosunun rəhbəri İsam Aryan da var.

Onlardan başqa hərəkatın daha doqquz üzvü həbs edilib.

Qeyd edək ki, ötən çərşənbə günü Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb, Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar ölkə prezidenti seçkilərinin keçiriləcəyinə dair söz veriblər.

Misir islamçıları isə bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti