Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri Türkiyə ərazisini hələ tam tərk etməyiblər. Trend-in çərşənbə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumaat görə, bu barədə Türkiyənin daxili işlər naziri Müəmmər Gülər deyib.
Nazirin sözlərinə görə, PKK-nın Türkiyə ərazasini tərk etməsi prosesini sabotaj etməyə çalışanların özləri bundan əziyyət çəkəcəklər.