...

Baş nazir: "Müsəlman Qardaşlar" Misirdə yeni hökumətin yaradılmasından kənarlaşdırılmayacaq

Siyasət Materials 11 İyul 2013 12:59 (UTC +04:00)
"Müsəlman Qardaşlar" hərəkatı ölkənin yeni hökumətinin yaradılmasında iştirakdan kənarlaşdırılmayacaq.
Baş nazir: "Müsəlman Qardaşlar" Misirdə yeni hökumətin yaradılmasından kənarlaşdırılmayacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Tağıyeva/

"Müsəlman Qardaşlar" hərəkatı ölkənin yeni hökumətinin yaradılmasında iştirakdan kənarlaşdırılmayacaq. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Misirin Baş naziri Hazim əl-Bəblavi bildirib.

İyulun 3-də Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra ölkədə Mursi tərəfdarları və əleyhdarları arasında toqquşmalar səngimək bilmir.

Misir islamçıları bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.

İyulun 10-da Misir Baş Prokurorluğu "Müsəlman Qardaşlar" hərəkatının liderlərinin həbs olunması ilə bağlı fərman verib. Prezident Mursiyə qarşı isə hələlik ittiham irəli sürülməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti