...

YAP Gənclər Birliyi müxalif gənclərin absurd bəyanatına münasibət bildirib

Siyasət Materials 30 İyul 2013 16:41 (UTC +04:00)
Ölkəmizdə yaradılmış azad və demokratik mühitdə hər kəs başına öz yaxın qohum-əqrəbasını toplayaraq bir təşkilat yaradır. Üzvlərinin sayı 5-10 nəfərdən artıq olmayan təşkilatlar da hər gün bir neçə sözdən ibarət mətn hazırlayaraq bəyanat adı ilə mətbuatda paylaşırlar.
YAP Gənclər Birliyi müxalif gənclərin absurd bəyanatına münasibət bildirib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Ölkəmizdə yaradılmış azad və demokratik mühitdə hər kəs başına öz yaxın qohum-əqrəbasını toplayaraq bir təşkilat yaradır. Üzvlərinin sayı 5-10 nəfərdən artıq olmayan təşkilatlar da hər gün bir neçə sözdən ibarət mətn hazırlayaraq bəyanat adı ilə mətbuatda paylaşırlar. Bu barədə çərşənbə axşamı Trend-ə YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

Orucov qeyd edib ki, öz fikirlərini sərbəst şəkildə ifadə edən bu gənclərin dövlətdən tələb etdiyi isə absurd məqamlardır: "Söz və fikir azadlığı yoxdursa, siz öz fikirlərinizi necə ifadə edirsiniz? Sonuncu verilən bəyanat gənclər təşkilatlarının adından yayılıb. Bəyanatda vurğulanan məsələlər və saxta ittihamların heç biri həqiqəti əks etdirmir".

O deyib ki, bəyanatda ictimai asayişi pozmağa yönələn işlər aparan və hazırda təhlükəsizlik orqanları tərəfindən saxlanılan insanlara azadlıq istənilir. O insanlara ki, azadlıqda olduqda belə, dövlət və millət adına yaraşmayan fəaliyyətlə məşğul olurdular:

"Azad və ədalətli seçki tələb edən bu bəyanat sahibləri niyə bugünkü hallarından bəyanat vermirlər. Seçkiyə sayılı günlər qalıb, hələ bunlar ortaya bir namizəd çıxara bilməyiblər. Fikir ayrılıqları səbəbindən parçalanıb dağılıblar. Ölkəmizdə və xaricdə fəaliyyət göstərən fondlardan gizli yollarla maliyyə alan və bununla dövlət əleyhinə işlər görən hər hansı qondarma təşkilatların yenidən fəaliyyətə başlamasını istəyirlər. Daha onların nə işlə məşğul olmasının, Qərbdən bu gün ərəb ölkələrinə ixrac edilən "demokratiya"nı Azərbaycana da gətirmək planları haqqında bir söz belə yazmırlar".

Orucov vuröulayıb ki, ölkəmizdə qarşıdan gələn prezident seçkiləri üçün bütün şərait yaradılıb. Hər kəs üçün bərabər imkanlar tanınıb: "Daha iqtidar nə etsin ki, bunlar hələ bir qocanın əlində ilişib qalıblar. Bu gün ölkə ictimaiyyəti və Azərbaycanın ən böyük gənclər ordusunu özündə birləşdirən YAP Gənclər Birliyi olaraq bəyan edirik ki, biz növbəti seçkilərdə dövlətin yaratdığı sərbəst və bərabər imkanları alqışlayır və seçkidə öz namizədimiz cənab İlham Əliyevi dəstəkləmək üçün bütün qüvvəmizlə hazırlaşırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti