...

Elmar Məmmədyarov: Sülhün dəstəklənməsi üzrə BMT və regional təşkilatların əməkdaşlığı çox vacibdir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Avqust 2013 13:05 (UTC +04:00)
BMT-nin Nizamnaməsinə uyğun olaraq, üzv ölkələr tərəfindən sülhün və təhlükəsizliyin dəstəklənməsinə görə əsas məsuliyyət Təhlükəsizlik Şurasının (TŞ) üzərinə qoyulub.
Elmar Məmmədyarov: Sülhün dəstəklənməsi üzrə BMT və regional təşkilatların əməkdaşlığı çox vacibdir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E. Tariverdiyeva/

BMT-nin Nizamnaməsinə uyğun olaraq, üzv ölkələr tərəfindən sülhün və təhlükəsizliyin dəstəklənməsinə görə əsas məsuliyyət Təhlükəsizlik Şurasının (TŞ) üzərinə qoyulub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT TŞ-nin "Sülh və təhlükəsizliyin dəstəklənməsində BMT və regional təşkilatlar arasında əməkdaşlq" mövzusunda təşkil etdiyi müzakirələrdə çıxışında deyib.

E. Məmmədyarov bildirib: "Nizamnamənin VIII fəsli mübahisələrin sülh yolu ilə nizamlanmasında BMT və regional mexanizmlər arasında əməkdaşlığı təşviq edir. 2005-ci il Ümumdünya sammiti və TŞ-nin qəbul etdiyi 1631 saylı qətnamə sülh, təhlükəsizlik və humanitar yardımın dəstəklənməsindən insan haqları məsələlərinədək istiqamətlərin bütün spektrləri üzrə BMT və regional tərəfdaşlar arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verəcək".

Onun sözlərinə görə, məhz həmin regional təşkilatlar bir sıra hallarda regional sülh, təhlükəsizlik və əməkdaşlığın əldə edilməsində əvəzedilməz mexanizmlər olublar.

Nazir deyib: "Son 10 il ərzində Afrika İttifaqının rolu xeyli artıb. Hazırda Afrikanın üzləşdiyi və TŞ-də müzakirələrin böyük hissəsini təşkil edən problemlərin kollektiv siyasi və diplomatik səylərin köməyilə həll edilə biləcəyinə şübhə yoxdur. Biz bununla əlaqədar olaraq, sülh və təhlükəsizlik sahəsində BMT və Afrika İttifaqı arasında strareti münasibətlərin inkişafında əldə edilən tərəqqini alqışlayırıq".

E. Məmmədyarov qeyd edib ki, Ərəb Dövlətləri Liqası (ƏDL) da regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi işində təşəbbüsü üzərinə götürə biləcək vəziyyətdə olan regional təşkilatlardan biridir: "BMT və ƏDL arasında əməkdaşlıq münaqişələrin qarşısının alınmması və aradan qaldırılması, böhrana reaksiyavermə, həmçinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində vacib taprşırıqların həllində mühüm rol oynayır".

E. Məmmədyarov bildirib: "Azərbaycan TŞ-nin üzvü, Afrika İttifaqı və ƏDL-də müşahidəçi kimi bundan sonra da bu regional təşkilatlar və BMT arasında tərəfdaşlıq münasibətlərinin inkişafını dəstəkləyəcək".

Onun sözlərinə görə, üzv dövlətlərin ümumi mədəni və dil ənələri əsasında yaradılan İslam Əməkdaşlıq Təşkilatı və Türkdlilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi təşkilatların rolunun artırılması gündəlikdə qarşılıqlı maraq doğuran bir çox məsələlər üzrə bu təşkilatların BMT ilə qarşılıqlı fəaliyyət və əməkdaşlığının artırılması məqsədlərinə xidmət edə biləcək imkan və və müvafiq yanaşmaların öyrənilməsi zəruriliyini yaradır".

Nazir deyib: "Eyni zamanda etiraf etməliyik ki, ciddi problemlər hələ də həll edilməyib. Regional təşkilatlar bir qayda olaraq, silahlı münaqişələri region haqqında bildikləri qədər başa düşmək üçün yaxşı imkanlara malik olduqları halda onlardan heç də hamısı üzv dövlətlərin öz nizamnamə öhdəliklərinə riayət etməyi təmin etmək üçün kifayət qədər siyasi iradə və institusional potensialları ilə öyünə bilməzlər".

O bildirib ki, öncə bütün üzv dövlətlərin BMT-nin Nizamnaməsində dövlətlərin ərazi suverenliyi və siyasi azadlığı üzrə əks olunduğu öhdəlikləri yerinə yetirməsi çox önəmlidir.

Məmmədyarovun sözlərinə görə, münaqişələrin səbəbləri üzrə əlaqələndirilmiş beynəlxalq cavabın vacibliyini, BMT daxil olmaqla beynəlxalq ictimaiyyəti mübahisələrin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş regional səviyyəli səylərə BMT-nin Nizamnaməsi və TŞ-nin müvafiq qətnamələrinə uyğun yardım göstərməyə çağırmağın əhəmiyyətini qeyd etmək lazımdır.

Nazir qeyd edib ki, ilk növbədə TŞ-nin qətnamələrinin, xüsusilə münaqişələrin tənzimlənməsi və nizamlanmasına dair qətnamələrinin yerinə yetirilməsinə xüsusi diqqət yetirmək lazımdır.

E. Məmmədyarov bildirib: "Bu yaxınlarda qəbul edilən bəyanatda TŞ rəhbəri qeyd edib ki, razılığa gəlmək üçün cəzasızlığın dayandırılması münaqişə və postmünaqişə öləkələrində olduqca vacidbir. Bundan başqa, bildirilib ki, regional və subregional təşkilatlar fərdi məsuliyyətə yardım etməlidirlər".

Nazir deyib: "İşğaldan və öz ərazisinin böyük hissəsində irimiqyaslı etnik təmizləmələrdən əziyyət çəkən ölkə kimi Azərbaycan uzunmüddətli münaqişələrin həlli və insan haqlarına riayət üzrə işə belə qəti yanaşmanı dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti