...

Misir ordusu Qahirənin mərkəzinə ağır zirehli texnika yeridir

Siyasət Materials 16 Avqust 2013 16:11 (UTC +04:00)
Misir ordusu devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Qahirənin mərkəzinə ağır zirehli texnika yeritməyə başlayıb.
Misir ordusu Qahirənin mərkəzinə ağır zirehli texnika yeridir

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir A. Tağıyeva/

Misir ordusu devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Qahirənin mərkəzinə ağır zirehli texnika yeritməyə başlayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirib.

Bildirilir ki, tanklar və xüsusi texnika Qahirənin mərkəzinə İsmayilliyə və Suveyş əyalətlərindən gətirilir.

"Müsəlman-Qardaşları" Qahirədə avqustun 16-da cümə namazından sonra yeni çoxmilyonluq etiraz aksiyaları keçirmək niyyətindədir. "Cümə qəzəbi" adlı yürüşlər Qahirənin bütün məscidlərində namazın qılınmasından sonra başlanacaq.

Misir ordusu çərşənbə günü səhər saatlarından etibarən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.

Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 638 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti