...

Mübariz Əhmədoğlu: Türkdilli dünya bir-birinə, qonşu regionlara və gələcəyə kommunikasiyalar sistemidir

Siyasət Materials 16 Avqust 2013 15:16 (UTC +04:00)
Azərbaycan türkdilli dövlətlərin sammitinə sədrlik etməyə başladı. Azərbaycan nüfuzlu və iri beynəlxalq tədbirlərin ev sahibinə çevrilib. Bakı hal hazırda dünyanın problemlərini araşdıran mərkəzlərdən biridir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Türkdilli dünya bir-birinə, qonşu regionlara və gələcəyə kommunikasiyalar sistemidir

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan türkdilli dövlətlərin sammitinə sədrlik etməyə başladı. Azərbaycan nüfuzlu və iri beynəlxalq tədbirlərin ev sahibinə çevrilib. Bakı hal-hazırda dünyanın problemlərini araşdıran mərkəzlərdən biridir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, bu tədbirlərin hamısında dünyanın əksər ölkələrindən, o cümlədən türkdilli dövlətlərdən yüksəkçinli dövlət və tanınmış ictimai-siyasi xadimlər iştirak edir: "Lakin türkdilli dövlətlərlə aparılan işi biz bu ümumi iş axınından fərqləndirərdik. Ümumi olan odur ki, həm beynəlxalq, həm də türkdilli dünya çərçivəsində tədbirlər Bakıdan daha çox intellektual resurs tələb edir. Lakin türkdilli dünyaya xərclənən intellektual resursun arxasında konkret maraqlar var. Bakı-Tbilisi-Qars dəmiryolu bütün türkdilli dünyanı bir-birinə bağlayır".

Onun sözlərinə görə, türkdilli dünya bu günlə yanaşı daha çox gələcəyin siyasi proseslərinin subyektidir.

Əhmədoğlunun fikrincə, vahid humanitar mühitin yaradılması vahid kommunikasiya və iqtisadiyyat mühitini də yaradacaq: "Ona görə Azərbaycan türk dünyasında humanitar əlaqələrin inkişafına mühüm dəstək verdikdən, müxtəlif qurumların yaranmasından sonra indi vahid iqtisadi məkanın formalaşması istiqamətində səylər göctərməyə çalışır. Bütün türk dünyasının vahid iqtisadi bayraq altına gətirilməsi üçün hələ çox işlər görülməlidir. Ən azı ona görə ki, türkdilli dövlətlərin bir-birinə münasibətində kifayət qədər razılaşdırılmamış məqamlar var."

Politoloq qeyd edib ki, Qazaxıstan və Özbəkistanın Mərkəzi Asiya-Qafqaz kommunikasiya xəttinə ardıcıl dəstəyindən sonra Türkmənistan Mərkəzi Asiyanı İranla birləşdirən dəmiryolu tikintisi ideyasını ortalığa atdı və indi bunu reallaşdırmaqla məşğuldur: "Bəzi türkdilli dövlətlər türkdilli sammitlərin demək olar ki, heç birində iştirak etməyiblər. Türkiyənin Prezidenti Azərbaycanda türkdilli dövlətlərin sammitində iştirak etdiyi halda Türkiyənin Baş naziri Türkmənistanda yeni dəniz limanının təməlqoyma mərasimində iştirak edir".

Politoloq qeyd edib ki, türkdilli dünyada Azərbaycanın aktivliyi xüsusi diqqət cəlb edir. Azərbaycan Prezidentinin yaxından iştirakı ilə 4-5 qurum təsis edilib və fəaliyyətdədir. Səbəb bəllidir, Azərbaycan türkdilli dünyanın mərkəzidir. Türkiyəni Mərkəzi Asiya regionu ilə bağlayan ən uyğun yeganə körpüdür: "Bu və digər parametrlər İ.Əliyevi türkdilli dünyanın mərkəzi fiquruna çevirir. Belə türkdilli dünyanın inkişaf perspektivi bəllidir: həm bir-birilə, həm qonşu regionlarla sıx, qarşılıqlı və faydalı əlaqələr və ya kommunikasiyalar. Amma eyni zamanda bu gələcək üçün nəzərdə tutulmuş işlər olduğu üçün türkdilli dünyanın inteqrasiyası istiqamətində addımları həm də gələcəyə kommunikasiya adlandırmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti