Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/
Müdafiə naziri Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin səfirini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd əl-Ğaflini qəbul edib.
Görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək hərbi sərgidə iştirak etmək üçün ölkəsinin müdafiə nazirinin dəvətini nazir Səfər Əbiyevə təqdim edib.