...

Misirdə "Müsəlman qardaşlar"ın fəaliyyəti qadağa edildi

Siyasət Materials 6 Sentyabr 2013 13:00 (UTC +04:00)
Misir hökuməti ölkədə "Müsəlman qardaşlar" hərəkatının fəaliyyətinin qadağan olunması barədə qərar qəbul edib.
Misirdə "Müsəlman qardaşlar"ın fəaliyyəti qadağa edildi

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misir hökuməti ölkədə "Müsəlman qardaşlar" hərəkatının fəaliyyətinin qadağan olunması barədə qərar qəbul edib. Bu barədə Trend Misirin "əl-Əkbər" qəzetinə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, hələlik ölkə hökuməti bu barədə rəsmi bəyanat verməyib.

Xatırladaq ki, Misirdə keçmiş Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra ölkədə "Müsəlman qardaşlar" hərəkatının üzvlərinin həbsinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti