...

YAP gənclərindən müxalif gənclərə tövsiyə

Siyasət Materials 6 Sentyabr 2013 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov müxalif gənclərə səslənərək bir zamanlar onun etdiyi xəbərdarlığı bu gənclərin qulaqardına vurmasının acısını çəkdiklərini deyib.

Elə müxalif gənclərin əvvəllər aktiv olduqları sosial şəbəkələrdən onlara çağırış edən S.Orucov Trend-ə bildirib ki, bu düşərgədə təmsil olunan məlumatsız gənclərə proseslərə açıq gözlə baxmağı tövsiyə edib.

O, liderlərinə inanıb onların ardınca gərəksiz addımlar atan bu gənclərin daim uğursuzluqla üzləşəcəklərini də dilə gətirib: "Biz müxalif gənclərə deyəndə ki, düz yolda deyilsiniz, sizdən müxalifət "maşa" kimi istifadə edir, bizə inanmaq istəmirdilər. Deyirdik, qanunsuz əməllərə alət olmayın, təhsilinizi artırın, vətən üçün işlər görün. Ölkədə gənclər üçün hər cür şərait yaradılıb, bundan bəhrələnin, amma inanmaq istəmirdilər. İndi isə gördülər ki, biz deyənlər reallıqdır. Bunlardan yalnızca istifadə etməyə çalışıb yalan vədlərlə röyalarda gəzdiriblər. Bunların güvəndikləri "lider"ləri onları yarı yolda qoydu, bəzi insanların "maşa"sı oldu. Bu gün dediklərini sabah inkar etdilər. Əziz gənclər, dəyərdimi bunlara?! Antimilli insanlara görə dəyərdimi? Bu adamlar indi də bir-biriləri ilə qırğındadırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti