...

MDB PA Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının proqramını açıqlayıb

Siyasət Materials 7 Sentyabr 2013 12:31 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleyası (PA) Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının proqramını açıqlayıb.
MDB PA Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının proqramını açıqlayıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Ağayeva/

MDB Parlamentlərarası Assambleyası (PA) Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının proqramını açıqlayıb.

Proqrama əsasən, sentyabrın ortalarında qrupun əlaqələndiricisi və üzvlərinin, sentyabrın 7-10-da isə müşahidə qrupunun Azərbaycana qısamüddətli səfəri gözlənilir. Oktyabrın 10-da seçkilər üzrə rəyin təqdim edilməsi planlaşdırılır. Bu barədə şənbə günü Trend-ə təşkilatdan bildiriblər.

MDB PA-nın məlumatına görə, müşahidəçilər namizədlərin qeydiyyata alınması prosesini, seçkiqabağı fəaliyyəti, seçki komissiyaları və müvafiq dövlət orqanlarının işini, seçki qanunvericiliyinin tətbiqini, media şəraitini və seçki ilə bağlı mübahisələrin həllini diqqətlə izləyəcəklər. Qrup üzvləri uzunmüddətli və qısamüddətli monitorinqlər zamanı dairə seçki komissiyalarında və seçki məntəqələrində olacaqlar, MSK-nın rəhbərliyi, hakimiyyətin müvafiq orqanları, siyasi partiyalar, prezidentliyə namizədlər, vətəndaş cəmiyyəti və KİV, eləcə də Azərbaycanda seçki prosesini müşahidə edən beynəlxalq təşkilatın nümayəndələri ilə görüşəcəklər.

Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin sədri, Rusiya Federal Məclisində Dövlət Dumasının deputat qrupunun MDB PA-da daimi nümayəndəliyinin rəhbəri Leonid Slutski Azərbaycanda prezident seçkilərində MDB PA-nın müşahidə qrupunun əlaqələndiricisi təyin edilib.

MDB PA-nın müşahidə qrupu MDB missiyasının tərkibinə daxildir. Qrupda təqribən 30 nəfər təmsil olunub. Onlar arasında MDB-nin 7 ölkəsinin parlament üzvləri, Demokratiya, parlamentarizmin inkişafı monitorinqi və MDB PA-nın iştirakçı dövlətlərinin vətəndaşlarının seçki hüquqlarına riayət edilməsi Beynəlxalq İnstitutunun ekspertləri, alimləri və əməkdaşları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti