Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir R.Hafizoğlu/
Misirdə "Müsəlman qardaşları" hərəkatı siyasi səhvlər etdiyini etiraf edib. Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında yayılan məlumatda bildirilir.
Məlumata görə, təşkilatın siyasi səhvlərdən biri Misir prezidenti Hüsnü Mübarəkin devrilməsindən sonra "Müsəlman qardaşları" hərəkatının Misirdə mərhələli şəkildə islahatların keçirilməsi ilə bağlı ölkə kəşfiyyatının keçmiş rəhbəri Omar Süleymanla, həmçinin hərbiçilərlə danışıqlar aparması olub.
Məlumatda o cümlədən vurğulanıb ki, bu danışıqlar ölkədə inqilabı qüvvələrin olmasına baxmayaraq aparılıb ki, buna görə "Müsəlman qardaşları" üzr istəyib.