...

Ərdoğan: Türkiyə suriyalı qaçqınlara 2 milyard dollar xərcləyib

Siyasət Materials 23 Sentyabr 2013 15:39 (UTC +04:00)
Türkiyə ölkə ərazisində yaşayan suriyalı qaçqınların saxlanılması üçün 2 milyard dollar xərcləyib.
Ərdoğan: Türkiyə suriyalı qaçqınlara 2 milyard dollar xərcləyib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ölkə ərazisində yaşayan suriyalı qaçqınların saxlanılması üçün 2 milyard dollar xərcləyib. Trend-in Türkiyənin "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyə suriyalı qaçqınların saxlanılması üçün 135 milyon dollar həcmində beynəlxalq yardım alıb, qalan hissə isə dövlət büdcəsindən ayrılıb.

Hazırda Türkiyə ərazisində olan suriyalı qaçqınların sayı təxminən 500 min nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti