...

Həkim-ekspert rəyi: Cəmil Həsənli III qrup əlil kimi görmənin aktiv iştirak etdiyi işlərdə çalışa bilməz (FOTO)

Siyasət Materials 23 Sentyabr 2013 16:23 (UTC +04:00)
"Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin III qrup əlil kimi ciddi əmək fəaliyyəti ilə məşğul ola bilməməsi məsələsinə həkim-mütəxəssislər tərəfindən aydınlıq gətirilib.
Həkim-ekspert rəyi: Cəmil Həsənli III qrup əlil kimi görmənin aktiv iştirak etdiyi işlərdə çalışa bilməz (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Mehdiyev/

"Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin III qrup əlil kimi ciddi əmək fəaliyyəti ilə məşğul ola bilməməsi məsələsinə həkim-mütəxəssislər tərəfindən aydınlıq gətirilib.

Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən brifinqdə həkim-ekspert Fəxrəddin Abbasov qeyd edib ki, hər bir insanın əmək fəaliyyəti onun sağlamlıq durumu ilə əlaqədardır. O vurğulayıb ki, III qrup əlillik dərəcəsi olan insan əmək qabiliyyətli olur, lakin öz peşə sahəsində həmin fəaliyyəti yerinə yetirə bilmir: "Həmin insan yüngülləşdirilmiş əmək qabiliyyətli olur və yalnız yüngülləşdirilmiş işdə işləməlidir".

F.Abbasovun sözlərinə görə, C.Həsənlinin gözündə yaranmış problem diabetik angiopatiya ilə əlaqədardır ki, bu da onun görmə qabiliyyətini zəiflədib və ona III qrup əlillik dərəcəsi verilib: "Belə olduğu halda, onun öz ixtisası üzrə belə işləmək qabiliyyəti mümkün deyil. O, yalnız yüngülləşdirilmiş əmək qabiliyyətli şəxs sayıla bilər".

F.Abbasov əlavə edib ki, III qrup əlillik dərəcəsi olan şəxs birmənalı olaraq hərbi xidmətə yararsızdır.

Göz həkimi Qurban İsmayılov bildirib ki, III qrup əlillik dərəcəsi o şəxslərə verilir ki, onların gözünün birinin görmə itililiyi ya tam yoxdur, ya da 0,04-dən aşağıdır, görmə sahəsi isə 20 dərəcədən aşağıdır. Q.İsmayılov vurğulayıb ki, bu insanlar görmənin aktiv iştirak etdiyi işlərdə çalışa bilməzlər.

Həkim-mütəxəssis Ceyhun Allahverdiyev isə bildirib ki, III qrup əlillik insanı öz peşə fəaliyyətinə yararsız edir, lakin aşağı ixtisas dərəcəsi ilə digər peşə sahələrində fəaliyyətini davam etdirə bilər: "O xəstəliklə hansısa bir şəxsin Prezident və Ali Baş Komandan kimi yüksək vəzifələrdə işləməsi yolverilməzdir".

Qeyd edək ki, C.Həsənliyə 2011-ci ildə III qrup əlillik dərəcəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti