...

Türkiyə "ən-Nusra" terrorçularına yardım etməsi ilə bağlı ittihamları təkzib edir

Siyasət Materials 27 Sentyabr 2013 16:09 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bəzi KİV-lərin ölkənin terrorçu "ən-Nusra" təşkilatına yardım etməsi barədə ittihamlarını təkzib edib.
Türkiyə "ən-Nusra" terrorçularına yardım etməsi ilə bağlı ittihamları təkzib edir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bəzi KİV-lərin ölkənin terrorçu "ən-Nusra" təşkilatına yardım etməsi barədə ittihamlarını təkzib edib. Bu terrorçu təşkilat "əl-Qaidə"nin Suriyadakı qanadı hesab edilir. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

M.Gülər bəyan edib ki, obyektivliyi şübhə doğuran internet saytları və portallarına inanmaq lazım deyil.

Qeyd edək ki, "ən-Nusra" təşkilatı 2012-ci ilin yanvarında Suriyada vətəndaş müharibəsi zamanı yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti