...

Böyük Britaniya insan hüquqları üzrə Avropa konvensiyasından çıxa bilər

Siyasət Materials 1 Oktyabr 2013 01:01 (UTC +04:00)
Böyük Britaniya təhlükəli xarici cinayətkarların deportasiyası üçün insan hüquqları üzrə Avropa konvensiyasından çıxa bilər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib.
Böyük Britaniya insan hüquqları üzrə Avropa konvensiyasından çıxa bilər

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Böyük Britaniya təhlükəli xarici cinayətkarların deportasiyası üçün insan hüquqları üzrə Avropa konvensiyasından çıxa bilər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib.

"Baş nazir kimi bilmək istəyirəm ki, mən ölkəmin təhlükəsizliyini qoruya bilərəmmi? Məsələn, biz ölkəmizə təhdid olan və burada qalmaq hüququ olmayan şəxsləri Böyük Britaniyadan çıxara bilərikmi? Düşünürəm ki, bizim belə bir imkanımız olmalıdır" - deyə o bildirib.

"Bizim növbəti 20 ayımız var ki, bunu hazırlamaq və proqram sənədimizdə dərc etməliyik" - deyə Kemeron vurğulayıb.

Baş nazir deyib ki, 2015-ci ildə konservativ hökumətin qurulması deportasiya ilə bağlı ciddi qərarların verilməsinə imkan yaradar.

Xəbər lenti

Xəbər lenti