...

Türkiyədə mühafizə xidmətləri sahəsində yeni idarə yaradılacaq

Siyasət Materials 2 Oktyabr 2013 12:47 (UTC +04:00)
Türkiyədə mühafizə xidmətləri sahəsində yeni idarə yaradılacaq.
Türkiyədə mühafizə xidmətləri sahəsində yeni idarə yaradılacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər DİN-in tərkibinə daxil olan mühafizə xidmətlərində yeni bir idarənin yaradılacağını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Gülərin sözlərinə görə, yeni yaradılacaq qurum mühafizə sahəsində xidmət göstərən 30 min polisin daha mühüm vəzifələrdə çalışmalarına şərait yaradacaq.

Nazir bildirib ki, yeni təsis ediləcək qurum polisin neqativ halların qarşısını almaq təcrübəsindən faydalanacaq.

Nazirin sözlərinə görə, təhlükəsizlik xidmətinin tərkibində yaradlacaq idarə bir sıra dövlət qurumlarının, şəxslərin, xüsusi əhəmiyyətli tikililərin, idman komplekslərinin və universitetlərin mühafizəsini təşkil edəcək.

2013-cü ilin rəsmi statistikasına görə, Türkiyədə 240 min polis əməkdaşı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti