Vaşinqtondakı Amerika Universiteti Azərbaycan-Gürcüstan strateji münasibətlərini təhlil edib

Vaşinqtondakı Amerika Universiteti Azərbaycan-Gürcüstan strateji münasibətlərini təhlil edib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Tseretelinin "Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik üçün əməkdaşlıq" ("Azerbaijan and Georgia: Strategic Partnership for Stability in Volatile Region") adlı hesabatı dərc edilmişdir. Trend-in məlumatına görə, hesabat nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları Proqramının dəstəyi ilə yayımlanmışdır.

Hesabatda qeyd edilir ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazın üç ölkəsindən ikisi kimi təkcə ortaq sərhədləri deyil, həmçinin tarixi dinc birgəyaşayışı və bir çox ortaq ənənələri paylaşırlar. Qeyd edilir ki, regionun təhlükəsizliyi və gələcək inkişafı üçün ən ciddi təhdid Ermənistan və Azərbaycan arasında həll edilməmiş münaqişədir. Regionda hazırda üç separatçı bölgə (Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ) BMT və digər beynəlxalq qurumlar tərəfindən Gürcüstan və Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmışdır.

Müəllif qeyd edir ki, region ölkələrindən Azərbaycan və Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya etmək siyasətlərini bəyan etmişlər. Xəzər dənizində böyük enerji ehtiyatlarına malik Azərbaycan əsas neft-qaz kəmərləri və dəmir yolu vasitəsilə Qara və Aralıq dənizlərindəki bazarlara çıxış əldə etmişdir. Həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji münasibətlərə malikdirlər. Azərbaycan ərazisində rus qoşunları olmasa da, Gürcüstanın işğal edilmiş Abxaziya və Osetiya ərazilərində 2008-ci il müharibəsindən sonra rus qoşunları mövcuddur. Eyni zamanda, Ermənistan könüllü şəkildə öz ərazisində rus qoşunlarına yer vermiş və bu amili özünün təhlükəsizliyinin təminatı və qonşu dövlətlərə hədələyici vasitə kimi görür. Ermənistan qoşunları hazırda Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal altında saxlamaqdadır.

Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd aktiv şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır.

Hesabata görə, tarixlərində bir sıra oxşarlıqlara və son illərin dövlət quruculuğunda uğurlara baxmayaraq, Azərbaycan və Gürcüstan arasında bir sıra mühüm fərqlər ortaya çıxmaqdadır. Bu da ondan ibarətdir ki, məhz Azərbaycan özünün zəngin enerji ehtiyatlarından istifadə edərək böyük beynəlxalq layihələrə imza atmışdır. Bu layihələr nəticəsində Azərbaycan əsas neft ixrac edən ölkələrdən birinə çevrilmiş və yaxın gələcəkdə bu ölkənin hasil etdiyi qaz birbaşa Avropa bazarlarına çıxarılacaq. Bütün bunlar Azərbaycana Cənubi Qafqazın dominant iqtisadi gücünə çevrilməsinə imkan vermişdir. Belə ki, Dünya Bankının hələ 2011-ci il göstəricilərinə əsasən Azərbaycan bütün Cənubi Qafqazın ÜDM-sinin 72%-ni istehsal etdiyi halda, Gürcüstan üçün bu rəqəm 16%-ə, Ermənistan üçün isə 11,6%-ə bərabər olmuşdur.

Hesabatın birinci hissəsi Azərbaycan və Gürcüstan münasibətlərinin orta əsrlər dövründən başlayaraq iki ölkənin 20-ci illərdə müstəqil dövlətlərin süqutuna qədər olan dövründən bəhs edir. Müəllif qeyd edir ki, tarixən iki xalq eyni işğalçıların dağıdıcı hücumlarına və təcavüzlərinə məruz qalmış və hər iki ölkəyə gələcək əməkdaşlığa zəmin üçün gözəl tarixi nümunə miras qalmışdır.

Hesabatın ikinci hissəsində qeyd edilir ki, yenidən müstəqillik əldə etdikdən sonra iki ölkə arasında aktiv ikitərəfli münasibətlər qurulmuş, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən yüzdən artıq müqavilələr imzalanmış, strateji əməkdaşlıq kimi xarakterizə ediləcək münasibətlər yaradılmışdır. Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində dağıdıcı iqtisadi və sosial nəticələrə gətirən vətəndaş və etnik münaqişələrlə üzləşmişdilər. Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər - Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevernadze hakimiyyətə gəldilər. Onlar keçmiş SSRİ-nin Siyasi Bürosunun üzvləri kimi, istər keçmiş sovet məkanında, istərsə də beynəlxalq aləmdə geniş əlaqələrə malik şəxslər idilər. Öz ölkələrinin müstəqilliklərini və suverenliyini gücləndirmək arzuları iki lideri qarşılıqlı münasibətlərin daha da dərinləşdirməsinə sövq edən ən mühüm amil idi.

İkitərəfli münasibətlərin inkişafının daha geniş miqyasda isə regional əməkdaşlığın genişləndirilməsini sürətləndirən əsas amil Azərbaycanın enerji resursları olmuşdur. Məhz iki liderin uzaqgörən siyasətlərinin nəticəsində regionun inkişafı üçün mühüm rol oynayacaq "Əsrin müqaviləsi", TRASEKA, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Erzurum qaz kəməri və digər mühüm layihələrin əsası qoyulmuşdur. Bu layihələr həmçinin regionun əhəmiyyətini Qərb üçün artırmaqla bölgədə gələcəkdə sabitliyin yaranması üçün zəmin yaratdı. Qeyd edilən layihələrin həyata keçməsi Azərbaycan üçün elə də asan olmamışdır. Bu strateji layihələrin reallaşmamasında maraqlı olan qüvvələr Azərbaycan və Gürcüstanın müstəqil siyasətlərinin qarşısını almaq üçün bütün mümkün təzyiq vasitələrindən istifadə etmişlər və məhz Azərbaycanın düzgün balanslaşdırılmış siyasəti nəticəsində bu maneələr neytrallaşdırılmışdır.

Müəllif Azərbaycan və Gürcüstanın xarici siyasətlərini də müqayisəli şəkildə təhlil edir. Qeyd edir ki, Gürcüstan ilə müqayisədə Azərbaycan regionda daha güclü strateji mövqeyə malikdir. Ekspertlər tərəfindən Şərq-Qərb dəhlizi nəzərdən keçirilərkən Gürcüstana bu bəndin daim ən zəif bəndi kimi baxılmışdır.

Hesabatda müəllif Azərbaycan diplomatiyasının son illərdə uğurlarından biri kimi məhz Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi zamanı Vaşinqton və Ankaranın təşəbbüslərinin və təzyiqlərinin qarşısını alaraq, özünün diplomatik kartlarından istifadə edərək prosesi dayandırmasını göstərir.

Maraq doğuran məqamlardan biri də odur ki, müəllif İranın Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində artan nüfuzunun gələcəkdə narahatlıq yarada biləcəyini vurğulayır.

Nəticə olaraq müəllif Azərbaycan-Gürcüstan münasibətlərinin hər iki ölkənin strateji maraqlarına cavab verdiyini vurğulayır, bu münasibətləri ikitərəfli və çoxtərəfli regional, xüsusilə Türkiyə ilə birlikdə daha da dərinləşdirməyi tövsiyə edir.

Hesabatın tam mətnini aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.isdp.eu/publications/silkroadpapers.html?task=showbib&id=6235&return

Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
"WhatsApp"da yeni funksiya işə salınıb
"WhatsApp"da yeni funksiya işə salınıb
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Loading Bars
Xəbər lenti
Sədri Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Türkiyədə hərbi helikopterin qəzasında ölənlərin sayı 10 nəfərə çatıb
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Bütün xəbərlər