...

Əhəd Qəzai: Azərbaycan prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb

Siyasət Materials 8 Oktyabr 2013 20:46 (UTC +04:00)
İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Əhəd Qəzai İran tərəfdən Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdədir.
Əhəd Qəzai: Azərbaycan prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Əhəd Qəzai İran tərəfdən Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdədir.

Ə.Qəzai Trend-ə bildirib ki, ölkədə seçkiöncəsi ab-hava müsbətdir: "2000-ci ildən etibarən Azərbaycanda keçirilən parlament və prezident seçkilərində həm səfir, həm də müşahidəçi kimi iştirak etmişəm".

Azərbaycanda seçkidən-seçkiyə hər dəfə yeniliklər müşahidə etdiyini deyən həmsədr insanların rahat şəkildə səs verməsi üçün hər cür şərait yaradıldığını, inkişaf gördüyünü qeyd edib:

"Budəfəki seçkilərə hazırlıq prosesini İrandan da izləyirdim, bu gün Bakıda oldum, seçkilərə yüksək hazırlıq var və ümid edirik ki, Azərbaycan xalqı seçkilərdə aktiv şəkildə iştirak edərək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti