...

MDB müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçkilərə yüksək səviyyədə hazırlıq görülüb

Siyasət Materials 8 Oktyabr 2013 22:15 (UTC +04:00)
Azərbaycanda seçkilərə hazırlıq faktiki olaraq, başa çatıb və MDB dövlətlərində olan müşahidəçilər missiyanın fikrincə, bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirlib. Bunu MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icra katibi Sergey Lebedev Trend-ə açıqlamasında deyib.
MDB müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçkilərə yüksək səviyyədə hazırlıq görülüb

Azərbaycan, Balı, 8 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda seçkilərə hazırlıq faktiki olaraq, başa çatıb və MDB dövlətlərində olan müşahidəçilər missiyanın fikrincə, bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirlib. Bunu MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icra katibi Sergey Lebedev Trend-ə açıqlamasında deyib.

"Seçki kampaniyasının monitorinqi çərçivəsində uzunmüddətli müşahidəçilər Naxçıvan Muxtar Respublikasında 7 dairədə və məntəqədə, həmçinin, Bakı, Gəncə, Lənkəran, Abşeron, Astara, Lerik, Xaçmaz, Şəmkir, Şamaxı, İsmayıllı və digər bölgələrdə olub. Bütövlükdə, seçki kampaniyası sakit tərzdə keçir. Müşahidəçilərin də söylədiyi kimi, dairə və məntəqələrin sədr və üzvlərinin ünsiyyətə açıqdır və seçkiöncəsi fəaliyyətlə bağlı dolğun məlumat verirlər" - deyə Lebedev deyib.

Lebedevin sözlərinə görə, müşahidəçilər əmin olublar ki, seçki məntəqələri lazımi seçki aktları, metodiki vəsaitlər, informasiya materialları, eyni zamanda, şəffaf seçki və daşınan qutular ilə təmin edilib, seçici siyahıları dəqiqləşdirilib.

Texniki təminata gəlincə, Lebedev deyib ki, səsvermə üçün bütün imkanlar var.

Onun sözlərinə görə, hazırda Azərbaycana qısamüddətli müşahidəçilərin gəlməsi yekunlaşır. Səsvermə günü missiyanın nümayəndələri Azərbaycanın bütün rayonlarında, şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında müşahidə aparacaq.

Lebedev deyib ki, onlar seçkinin bütün mərhələlərində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti