...

İranlı müşahidəçi: Seçki elə təşkil olunub ki, qanun pozuntusunun olması üçün şərait yoxdur

Siyasət Materials 9 Oktyabr 2013 11:35 (UTC +04:00)
Biz artıq 5-6 seçki məntəqələrində olmuşuq , müşahidələr aparmışıq və indiyə qədər müşahidələrimizdən əhalinin səhər saatlarından seçkilərdə aktiv iştirakının şahidi olmuşuq.
İranlı müşahidəçi: Seçki elə təşkil olunub ki, qanun pozuntusunun olması üçün şərait yoxdur

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir T.Cəfərov/

Biz artıq 5-6 seçki məntəqəsində olmuşuq, müşahidələr aparmışıq və indiyə qədər müşahidələrimizdən əhalinin səhər saatlarından seçkilərdə aktiv iştirak etdiyinin şahidi olmuşuq. Bunu İranın Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçisi, İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Əhəd Qəzai Trend-ə deyib.

Qəzai deyib ki, indiyədək Azərbaycanda keçirilən bir neçə seçki prosesini müşahidəçi kimi izləyib: "Bu dəfəki seçkini o birilərdən fərqləndirən cəhətlərdən biri əhalinin hələ ilk saatlardan aktiv olaraq səsvermədə iştirak etməsidir".

O bildirib: "Seçkinin keçirilməsi prosesində nizam və intizamın olduğunu müşahidə etdim. Heç bir qanun pozuntusu ilə rastlaşmadıq. Seçki elə təşkil olunub ki, qanun pozuntusunun olması üçün şərait yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti