...

Belçikadan olan beynəlxalq müşahidəçi: Azərbaycanda məhkumların da səsvermə hüququndan istifadə etməsi demokratiyanın ən yüksək göstəricisidir

Siyasət Materials 9 Oktyabr 2013 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda məhkumların da səsvermə hüququndan istifadə etməsi demokratiyanın ən yüksək göstəricisidir.

Bu barədə Trend-ə Azərbaycanda prezident seçkilərini müşahidə edən Avropa Strateji Kəşviyyat və Təhlükəsizlik Mərkəzinin seçkiləri müşahidə missiyasının Belçikadan olan üzvü Racimira Vilyamas deyib:

"Azərbaycanda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində səsvermənin gedişini izlədim. Burada heç bir qanun pozuntusu ilə rastlaşmadım, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hətta məni təəccübləndirdi ki, Azərbaycanda məhkumlar da səsvermə hüququndan istifadə edə bilir. Bu, demokratiyanın ən yüksək göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti