...

Səsvermənin qurtarmasına 2 saat qalmış Gəncədə seçicilərin 58,53 faizi seçkilərdə iştirak edib

Siyasət Materials 9 Oktyabr 2013 17:09 (UTC +04:00)
Saat 17:00-a olan məlumata görə, Gəncədə olan seçicilərin 58,53 faizi səsvermədə iştirak edib.
Səsvermənin qurtarmasına 2 saat qalmış Gəncədə seçicilərin 58,53 faizi seçkilərdə iştirak edib

Azərbaycan, Gəncə , 9 oktyabr /Trend, müxbir A.Məmmədov/

Saat 17:00-a olan məlumata görə, Gəncədə olan seçicilərin 58,53 faizi səsvermədə iştirak edib.

Trend-in məlumatına görə, seçici siyahısında qeydiyyata düşən 154 min 698 seçicidən 90 min 554 nəfəri məntəqələrə gələrək səsvermədə iştirak edib.

Qeyd edək ki, Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə, 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Beynəlxalq müşahidəçilərdən 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti