...

İlham Əliyevin prezident seçkilərində qələbəsi Azərbaycanın zəfəridir

Siyasət Materials 10 Oktyabr 2013 13:43 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri uğurlu və ədalətli keçdi.
İlham Əliyevin prezident seçkilərində qələbəsi Azərbaycanın zəfəridir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycanda prezident seçkiləri uğurlu və ədalətli keçdi. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Rusiya İctimai Palatasından olan müşahidəçilər missiyasının rəhbəri, palata üzvi, Rusiya Dövlət Dumasının keçmiş deputatı Serqey Markov bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin qələbəsi Azərbaycanın zəfəridir.

Markov o cümlədən əlavə edib ki, Azərbaycan müxalifətinin ciddi problemləri var, onlardan biri onun daxilindəki fikirayrılıqlarıdır.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın məlumatına görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 99,53 faizindən daxil olan protokollara əsasən 84,59 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti