...

İranla "altılıq" arasında danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini başçılıq edəcək

Siyasət Materials 13 Oktyabr 2013 08:05 (UTC +04:00)
Oktyabrın 15-16-da Cenevrədə İranla "altılıq" (beynəlxalq vasitəçilər) arasında aparılacaq danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Uendi Şerman başçılıq edəcək.
İranla "altılıq" arasında danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini başçılıq edəcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Oktyabrın 15-16-da Cenevrədə İranla "altılıq" (beynəlxalq vasitəçilər) arasında aparılacaq danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Uendi Şerman başçılıq edəcək. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, "altılığ" BMT Təhlükəsizlik Şurasının 5 üzvü - Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa, həmçinin Almaniya daxildir.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani BMT tribunasından bəyan etmişdi ki, Tehran nüvə proqramı üzrə səmərəli danışıqlara dərhal başlamağa hazırdır. Onun sözlərinə görə, İranın təhlükəsizlik və müdafiə üzrə doktrinasında nüvə silahına yer yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti