...

BMT TŞ-nin məruzəsi: Suriyalı qaçqınların sayı 9 milyonu ötüb

Siyasət Materials 5 Noyabr 2013 07:25 (UTC +04:00)
Suriyada humanitar vəziyyət pisləşməkdə davam edir və qaçqınların sayı 9,3 milyona çatıb.
BMT TŞ-nin məruzəsi: Suriyalı qaçqınların sayı 9 milyonu ötüb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Suriyada humanitar vəziyyət pisləşməkdə davam edir və qaçqınların sayı 9,3 milyona çatıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən qapalı konsultasiyada təşkilatın baş katibinin müavini Valeri Amos deyib.

Jurnalistlərə məruzənin qısa mətnini BMT-nin rəsmi nümayəndəsi Amanda Pitt şərh edib. V.Amos isə bununla bağlı açıqlama verməkdən imtina edib.

Məruzəyə əsasən, bu qaçqınlar arasında 6,5 milyon nəfər evlərini tərk edərək ölkə daxilində qaçqın vəziyyətinə düşənlərdir.

V.Amos BMT TŞ-ni mülki əhalinin mühafizəsi üçün Suriya hakimiyyəti və müxalifətinə təzyiq göstərməyə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti