...

Azərbaycanda dövlətin idarə edilməsində vətəndaşların iştirakı üçün hüquqi zəmanət yaradılıb

Siyasət Materials 22 Noyabr 2013 14:29 (UTC +04:00)
Cümə günü Milli Məclis "İctimai iştirakçılıq haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Azərbaycanda dövlətin idarə edilməsində vətəndaşların iştirakı üçün hüquqi zəmanət yaradılıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/

Cümə günü Milli Məclis "İctimai iştirakçılıq haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanunun məqsədi Azərbaycanda vətəndaşların ictimai iştirak formasında dövlətin idarə edilməsində iştirakına zəmanət yaradılmasından ibarətdir.

Dörd bölmədən və iyirmi maddədən ibarət olan yeni qanunda ictimai iştirakçılığın İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin və ictimai ekspertizanın öyrənilməsinin aid olduğu təşkilatı-hüquqi formaları əsaslandırılıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sözlərinə görə, ikinci oxunuşda deputatların irad və təklifləri nəzərə alınıb. Onun sözlərinə görə, həmçinin insanın təkcə ictimai şurada iştirakına icazə verən bənd qanun layihəsindən çıxarılıb. Bundan başqa, redaksiya xarakterli düzəlişlər edilib.

Sənəddə göstərilib ki, ictimai iştirakçılığın başqa təşkilatı-hüquqi formaları da qanunvericiliklə müəyyən edilmiş ola bilər.

İctimai şura icra hakimiyyəti orqanları və yerli hakimiyyət orqanları yanında yaradılmış, vəkalət müddəti üç il təşkil edən konsultasiya strukturudur.

18 yaşa çatmış və səs vermək hüququna malik olan hər bir vətəndaş şura üzvü ola bilər. İctimai şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. Şurada işlədiyi üçün onun üzvləri maaş, qonorar, kompensasiya və başqa ödəmələr almırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti